Bakı, Azərbaycan

Korporativ Mail Xidməti

1. Etibarlı və tanınan ünsiyyət kanalı

Gmail, Yahoo kimi ümumi domenlər yerinə şirkətə məxsus domenlə bitən e-mail ünvanı müştərilər partnyorlar qarşısında sizi daha peşəkar ciddi göstərir. Bu, ilk təəssüratın müsbət olması üçün vacib addımdır.

2. Təşkilati struktur və təhlükəsizlik

Korporativ mail sistemi vasitəsilə hər bir əməkdaşa fərdi mail ünvanları verilir, bu da daxili kommunikasiya və nəzarət proseslərini asanlaşdırır. Eyni zamanda məlumatların təhlükəsizliyi, spam və phishing hücumlarına qarşı qoruma təmin olunur.

3. Partnyorlarla əməkdaşlıqda ciddi yanaşma

Biznes yazışmaları zamanı domeninizlə olan mail ünvanı tərəfdaşlarda inam yaradır və işə məsuliyyətlə yanaşdığınız mesajını verir. Rəqəmsal yazışmaların rəsmi çərçivədə aparılması, əməkdaşlıqların formalaşmasına birbaşa təsir edir.

Peşəkar Ünsiyyətin Əsas Pilləsi

Rəqəmsal dövrdə korporativ imicin formalaşmasında istifadə olunan ünsiyyət vasitələri böyük rol oynayır. Bu baxımdan, şirkət domaini ilə bitən peşəkar e-poçt ünvanıməsələn, ad@shirketiniz.azsadəcə bir əlaqə vasitəsi deyil, eyni zamanda etibar ciddi yanaşmanın simvoludur.

Texniki dəstək və fasiləsiz xidmət

Biz yalnız mail sistemini qurmur, eyni zamanda davamlı texniki dəstək göstərir, ehtiyac olduqda dəyişikliklər və inteqrasiyalar aparırıq. Məqsədimiz sizin kommunikasiya sisteminizin daim işlək və stabil qalmasıdır.  Korporativ mail xidməti – bu, sadəcə texniki bir xidmət deyil, şirkətinizin rəqəmsal imicinin təməlidir. Siz də brendinizi gücləndirmək və ünsiyyətdə peşəkarlıq nümayiş etdirmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.