Bakı, Azərbaycan

Great Wall Logistics & Cargo Company Loqo Təqdimatı

Hazırladığımız loqo “Great Wall Logistics & Cargo Company”nin etibarlılıq, güc və davamlı inkişaf prinsiplərinə əsaslanaraq dizayn edilmişdir. Loqoda təsvir olunan qala simvolu birbaşa olaraq dünya tarixinin ən möhtəşəm müdafiə qurğularından biri olan Çin səddini simvolizə edir. Bu da şirkətin daşımalar zamanı müştərilərinə tam təhlükəsizlik və etibarlı xidmət təqdim etdiyini ifadə edir. Çindən olan daşınmalara ilə əlaqədar olaraq da bu simvol seçimi edilmişdir.

Qala və Sədd: Çin səddi tarix boyunca sərhədləri qoruyan və davamlılığı simvolizə edən bir rəmz olmuşdur. Loqodakı qala elementi möhkəmlik, etibarlılıq və qlobal daşımada dayanıqlılığı ifadə edir.

Ox İşarəsi: Qalanı əhatə edən və onu kəsərək irəliləyən qırmızı ox sürəti, dinamizmi və dünya miqyasında hərəkət azadlığını simvolizə edir. Şirkətin yükdaşıma sahəsində çevik və sürətli xidmətlərini vurğulayır.

Qırmızı: Enerji, güc və inamın simvoludur. Çin səddinin və şirkətin enerjisini, hədəfə doğru qətiyyətlə irəliləməsini ifadə edir. Eyni zamanda beynəlxalq logistikada əzmkarlıq və motivasiyanı göstərir.

Qara: Peşəkarlıq, ciddi yanaşma və prestiji ifadə edir. Şirkətin işinə olan ciddi münasibətini və bazarda etibarlı mövqeyini təmsil edir.

“Great Wall Logistics & Cargo Company — sərhədləri aşaraq, etibarlı, sürətli və təhlükəsiz logistik xidmət təqdim edir.”

Əgər sizlər də loqoların hazırlanması xidmətində peşəkar xidmətdən istifadə etmək istəsəniz bizimlə əlaqə yaradın.

Digər işlərimizlə tanış olmaq üçün klik edin.

Sizlər də loqoların hazırlanması xidmətində peşəkar nəticə istəyirsinizsə bizə müraciət edin. Loqoların hazırlanması xidməti haqqında daha ətraflı məlumat üçün klik edin. Keçid etdiyiniz linkdəki səhifədə yerləşən anketi doldurmaqla birbaşa sifarişin icrasını həyata keçirə bilərsiniz.

Birbaşa əlaqə və whatsapp ilə müraciət üçün +994555135613 nömrəsi ilə əlaqə yaradın.

Sizləri uğurlu müştərilərimiz arasında görməkdən məmnun olardıq. Tezliklə sizlərə xidmət göstərmək diləyi ilə.