Tərəfimizdən hazırlanan “MyPrint” loqosu. “MyPrint” loqosu minimalizm və funksionallığın vəhdətini ifadə edən müasir dizayn üslubunda hazırlanmışdır. Loqoda şirkətin adındakı “P” hərfi xüsusi olaraq fərqləndirilmiş və iki əsas element – qələm və mətbəə sənayesinin əsas rəng sistemi olan CMYK (Cyan, Magenta, Yellow, Black) harmonik şəkildə birləşdirilmişdir.
“P” hərfinin içərisində yerləşdirilən qələm forması yaradıcılığı, dizayn prosesini və fərdiliyi simvollaşdırır. Eyni zamanda bu hərfin ətrafına yerləşdirilən CMYK rəng detallarının (mavi, çəhrayı, sarı və qara) istifadəsi, loqonun peşəkar çap və poliqrafiya xidmətlərinə fokuslandığını vurğulayır. Bu yanaşma brendin sahəyə olan texniki və yaradıcı yanaşmasını aydın şəkildə əks etdirir.
Tipoqrafiya baxımından isə, “my” hissəsində istifadə olunan səmimi və açıq mavi ton, brendin müştəri yönümlü və əlçatan olmasını ifadə edir. “Print” hissəsindəki tünd rəng isə etibarlılıq və peşəkarlığı təmsil edir. Hərflər arasında olan balans, dizaynın həm oxunaqlılığını, həm də vizual estetikasını qoruyur.







