Bakı, Azərbaycan

SMM Təlim

Rəqəmsal Bacarıqlarla
Gələcəyə Addım Atın

Bugünkü rəqəmsal dövrdə Sosial Media Marketinqi (SMM) sadəcə bir reklam aləti deyil – bu, brendlərin inkişaf strategiyasının əsas hissəsidir. Geniş auditoriyalara çatmaq, məhsul və xidmətləri tanıtmaq, müştəri əlaqələrini qurmaq və satışları artırmaq üçün peşəkar SMM bilikləri zərurətə çevrilmişdir.

SMM Təlim Xidmətimiz Təklif Edir?

Biz sizə əməkdaşlarınıza bazarın tələblərinə cavab verən praktiki yönümlü, real təcrübəyə əsaslanan SMM təlimləri təqdim edirik. Təlim proqramımız bu sahədə bacarıqlarını inkişaf etdirmək istəyən fərdlər ya şirkətlər üçün nəzərdə tutulub.

 

Təlimin Üstünlükləri
və Gələcək Perspektivləri

Bazar tələblərinə uyğun müasir biliklərSMM sahəsi sürətlə inkişaf edir daim yenilənir. Bizim təlim proqramımız trendlərə uyğunlaşdırılır, alqoritmlərin dəyişikliklərinə operativ yanaşılır.

Gələcəyin peşəsiSosial media mütəxəssislərinə olan tələbat dünya üzrə ölkə daxilində hər il artır. Təlimi bitirənlər freelancer, agentlik ya korporativ şirkətlərdə yüksək maaşla işləyə bilərlər.

Karyera fürsətləri şəbəkələşməTəlimlər zamanı həm təlimçilər, həm digər iştirakçılarla əlaqə quraraq peşəkar mühitin bir parçasına çevrilirsiniz.

Şirkətlər üçün Niyə Vacibdir?

1

Brendin Daxildən Güclənməsi

Əməkdaşlarınızın SMM sahəsində bilik və bacarıqlara yiyələnməsi, sosial media fəaliyyətlərinin daha peşəkar və sistemli aparılmasını təmin edir. Bu, brendin vizual kimliyini və mesajlarını ardıcıl, məqsədli və strateji şəkildə auditoriyaya çatdırmağa kömək edir.

2

Xarici Agentliklərə Asılılığın Azalması

Təlim keçmiş daxili komanda sayəsində siz bütün SMM proseslərini öz daxilinizdə idarə edə bilərsiniz. Bu, həm büdcə baxımından qənaətə səbəb olur, həm də sürətli və operativ qərarların verilməsini asanlaşdırır.

3

Daxili Kommunikasiyanın Gücləndirilməsi

Sosial media bilikləri olan əməkdaşlar marketinq, satış və müştəri xidməti şöbələri ilə daha koordinasiyalı şəkildə işləyə bilir. Bu da ümumi iş axışını və nəticə yönümlü kommunikasiya strategiyalarını gücləndirir.

4

Əməkdaşların İnkişafına Töhfə və Motivasiya

Şirkətin öz əməkdaşlarının inkişafına sərmayə qoyması, işçilərdə dəyərli olduqlarını hiss etdirir və motivasiyanı artırır. Peşəkar inkişaf imkanları həm məhsuldarlığı artırır, həm də kadr axınının qarşısını alır.

Təlimçilərimiz və Təcrübəmiz

Təlimçilərimiz bu sahədə 10 ildən artıq yerli və beynəlxalq təcrübəyə malik mütəxəssislərdir.

Onlar həm yerli brendlərlə, həm də beynəlxalq layihələrlə çalışmış, real nəticələr əldə etmiş SMM praktikləridir.

Bu günə qədər 100+ iştirakçı bizim təlimlərimizdə iştirak edib və uğurla karyera qurub.

Təlim proqramında nələr var?

Müştərilərin sosial mediada necə düşündüyünü hansı kontentə reaksiya verdiyini anlamaq, uğurlu marketinq strategiyası üçün əsas şərtdir. Təlimdə müştəri analizinin aparılması ona uyğun kontent, kampaniya planlaşdırılması izah olunur.

Hər brendin özünəməxsus üslubu dili olmalıdır ki, auditoriyada yadda qalsın tanınsın. Bu modulda vizual üslubun sabitliyi, rəng seçimi, dil tonu qrafiklərin brend kimliyinə uyğunluğu öyrədilir.

Hər platformanın özünəməxsus alqoritmi mövcuddur bu alqoritmlərin necə işlədiyini anlamaq paylaşımlarınızın daha geniş auditoriyaya çatmasına imkan yaradır. Təlimdə platformalara uyğun kontent yerləşdirmə qaydaları uğurlu səhifə idarəetməsinin əsasları öyrədilir.

Effektiv SMM üçün təsirli kontent planı strateji yanaşma vacibdir. Bu modulda kontentin məqsədli hazırlanması, müxtəlif kontent növləri (statik, video, reels s.) onların istifadəsi öyrədilir.

Düzgün hədəfləmə ilə reklam büdcənizi optimallaşdıraraq istədiyiniz auditoriyaya daha effektiv çatırsınız. Təlim zamanı reklam panelindən istifadə, A/B testləri, yaş, maraq region üzrə seçimlər praktiki formada izah olunur.

Sosial mediada fəaliyyətin effektivliyini ölçmək üçün statistik nəticələrin düzgün təhlili vacibdir. Bu modulda “Insights”, “Ads Manager” digər analitik vasitələrlə işləmək, aylıq hesabatların hazırlanması öyrədilir.

Uğurlu post yalnız vizual deyil, həm güclü mətnlə seçilir. Burada başlıq yazma, CTA (Call-to-Action), məzmun axını istifadəçini cəlb edən copywriting texnikaları praktiki şəkildə təqdim olunur.

Təlimin sonunda nə əldə edirsiniz?

Rəsmi Sertifikat

Təlimi müvəffəqiyyətlə başa vuranlara tərəfimizdən peşəkar SMM Sertifikatı təqdim olunur.

Portfoliolar

Hər bir iştirakçı təlim sonunda öz işlərini təqdim edə biləcəyi bir mini portfolio ilə ayrılır.

Karyera dəstəyi

İstəyinizə əsasən sizi müvafiq şirkətlər və agentliklərlə əlaqələndirə, portfolionuzun hazırlanmasında kömək edə bilərik.

Əlaqə